İngiltərədə bəzi futbol klubları elektrik enerjisi istehlakını azaltmaq üçün oyunların vaxtını dəyişdirməyi planlaşdırır.
Sportnet.az "Daily Mail"ə istinadən xəbər verir ki, komandaların əksəriyyəti qarşılaşmaların günorta saatlarında keçirilməsinin tərəfdarıdır.
Elektrik enerjisi xərclərinin azalması onun maya dəyərinin artması və Avropadakı enerji böhranı ilə bağlıdır.