"Rəqib ilk hissədə daha yaxşı təsir bağışladı".
Sportnet.az-ın məlumatına görə, bunu Slovakiya yığmasının kapitanı Milan Şkrinyar evdə Azərbaycana 1:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan sonra deyib.
İtaliya "İnter"ində çıxış edən 27 yaşlı yarımmüdafiəçi bildirib ki, onlardan fərqli olaraq, Canni De Byazinin baş məşqçi olduğu komanda əlinə düşən hər iki real fürsətdən maksimum yararlanıb: "Biz isə ikinci hissədə kifayət qədər qol epizodu yaratsaq da, cəmi birindən istifadə etdik".
O, fasilədə bəzi şeyləri dəyişdikdən sonra yaxşı və sürətli oynamağa başladıqlarını söyləyib: "Növbəti matçlarda da ikinci yarıdakı oyunumuzu göstərməliyik".