Qadın futbolçulardan ibarət İspaniya milli komandasının 15 üzvü yığmada oynamaq istəmir.
Sportnet.az xəbər verir ki, bu barədə yerli federasiya malumat yayıb. Bildirilib ki, buna qurumun yığmanın baş məşqçisini dəyişməkdən imtina etməsi səbəb olub.
Federasiyaya elektron məktub göndərən oyunçular Xorxe Vilda ilə işləmək istəmədiklərini vurğulayıblar. Futbolçular qurumun çıxardığı son qərarın onların emosional vəziyyətinə və səhhətinə xeyli təsir etdiyini söyləyiblər.
Federasiya futbolçuların adlarını açıqlamasa da, tələbi yerinə yetirmək niyyətində olmadığını açıqlayıb. Mətbuatın yazdığına görə, boykot elan edənlər arasında "Qızıl top"un sahibi Aleksia Putelyas yoxdur.