"Görək, qrupun son matçında nə baş verəcək. Rəqib normal komandadır. Bununla belə, Bakıda oynamaq elə də çətin deyil".
Sportnet.az-ın məlumatına görə, bunu Qazaxıstan yığmasının sabiq baş məşqçisi Arno Paypers Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan sonra mətbuat konfransında deyib.
Niderlandlı mütəxəssis bildirib ki, qələbə qazanmaq üçün yaxşı şans var: "Qazaxıstan qrupda heyrətamiz nəticə göstərib. Deməli, səfərdə 1:1 hesablı heç-heçə normal olmalıdır".
Arno Paypers 2005 - 2008-ci illərdə Qazaxıstan seçməsinə rəhbərlik edib.
Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.