Qazaxıstan yığması Bakıda Azərbaycan seçməsinə qarşı keçirdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununda azlıqda qalıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmanın 35-ci dəqiqəsində Nuralı Alip Eddi İsrafilovu itələdiyi üçün birbaşa qırmızı vərəqə alıb.
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev məsələyə müdaxilə etdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, hələlik görüşdə hesab açılmayıb.