
Bu gün futzal üzrə Yüksək Liqada yeni – 2022/2023 mövsümünə start verilib.
Sportnet.az-ın məlumatına görə, mövsümün və turun ilk oyunundan əvvəl Dövlət Himni səsləndirilib.
Sabah – 27 sentyabr Anım günü ilə əlaqədar “Şəhidlər olməz, Vətən bölünməz!” plakatını əllərində tutan oyunçular Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqlik sükutla yad ediblər.
Mövsümün ilk oyunu – Baku Fire – Neftçi İK – qarşılaşmasında qapılara qol vurulmayıb.
Turun ikinci oyunu əksinə, məhsuldar keçib. İkinci dəqiqənin əvvəlində Vitinyo hesabı açıb. Bu, həm də cari mövsümdə vurulan ilk qol olub.
Fasiləyə qədər rəqib qapısına ümumilikdə 7 dəfə yol taman ölkə çempionu üstünlüyünü ikinci hissədə də davam etdirib. Yekunda 14:0 hesablı qələbə “Araz-Naxçıvan”ın siftəsi olub.
Turun son matçı yenilənmiş U-19 və "Record club" arasında olub. Matçdan əsasən legionerlərdən qurulmuş “Record club” eyni hesabıa qalib ayrılıb.
Mövsümün ilk sarı vərəqəsi Oruc Baxşəlizadəyə (Baku Fire) və Nurlan Mehdizadəyə (Neftçi İK), qırmızı vərəqəsi isə Əhməd İsmayılova (U-19) göstərilib.