"Rəhbərliyin altında ilk oyun idi. Milli komandaların fasiləsindən sonra 4-5 gün məşq edə bilmişdik. Əhval-ruhiyyəmiz o qədər də yaxşı deyildi".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Tərlan Əhmədov evdə "Kəpəz"lə qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis görüş ərzində təşəbbüsün gah onlarda, gah da rəqibdə olduğunu bildirib: "Bizdən gözləntilər böyükdür. Dərhal hər şey düzələsi deyil. Bunun üçün bir qədər vaxt lazımdır. Uşaqlara sonadək vuruşduqlarına görə çox sağ olun dedim".
O, bütün komandalar kimi güclənmək istədiklərini söyləyib: "Hücumçularımızın ikisinin zədəli olduğunu demək istəməzdim. İstərdim ki, oyunumuzu düzəldək. Templi, sürətli oynamalıyıq. Bunun üçün vaxta ehtiyacımız var".
Abasovun sözlərinə görə, müqaviləsində ehtiyatlı danışmaq barədə bənd yoxdur: "Olsaydı belə, yenə ehtiyatlı danışacaqdım. Əlavə sual yoxdur? Bilsəydim, gəlməzdim (gülür).