
Azərbaycan I Divizionunda 6-cı tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, son oyun günündə daha 4 qarşılaşma keçirilib.
Lider “Araz Naxçıvan” səfərdə “Zirə-2”yə minimal hesabl qalib gəlib. “Mingəçevir” isə “Kəpəz”in ikinci komandasına eyni hesabla uduzub.
MOİK “Sumqayıt”ın əvəzedicilərinə məğlub olub. “Turan Tovuz”la “Qəbələ”nin əvəzedici komandalarının görüşü isə Tovuz təmsilçisinin inamlı qələbəsiylə başa çatıb.
5 oktyabr
"Kəpəz-2" - "Mingəçevir" - 1:0
Qol: Rauf Əliyev, 45+1
"Zirə-2" - "Araz Naxçıvan" - 0:1
Qol: Orxan Əliyev, 14
MOİK - "Sumqayıt-2" - 1:3
Qollar: Fərmayıl Əliyev, 12 - Cavid Quliyev, 59; 77 (pen.), Nihad Əhmədzadə, 90+2
"Turan Tovuz-2" - "Qəbələ-2" - 2:0
Qollar: Rəşad Əliyev, 71, Akif Tağıyev, 90+2