Avrokuboklarda qrup mərhələsinin III tur qarşılaşmalarının ardından ölkələrin növbəti UEFA reytinqi açıqlanıb.
Sportnet.az xəbər verir ki, "Qarabağ”ın Yunanıstanda "Olimpiakos" üzərində 3:0 hesablı qələbəsi Azərbaycanın aktivinə daha 0,500 xal yazdırıb.
Bununla da cari mövsüm üzrə xal sayı 3.000-a, son 5 mövsümdə isə 15,625-ə çatdırıb. Azərbaycan əvvəlki kimi 29-cu pillədə olsa da, 28-ci mövqeyə enən Polşa ilə xal fərqi 1,625-ə enib. Rumıniya 18,750 xalla 25-ci, Slovakiya 17,500 xalla 27-ci pilləyə yüksəlibsə, Macarıstan 18,625 xalla 26-cı mövqeyə geriləyib.
Daha irəli pillələrdə isə yalnız Türkiyə 25,700 xalla 18-ci pilləyə irəliləməklə diqqət çəkib. Əvəzində 25,150 xala malik Xorvatiya 19-cu yerə düşüb.
Qeyd edək ki, siyahıya 93,427 xalla İngiltərə başçılıq edir.