Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Sportnet.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 305 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.
Aktivində 130,5 xal olan "köhlən atlar"ın mövqeyi dəyişməz qalıb. Ölkə çempionu 91-ci pillədə qərarlaşıb.
İlk "3-lük"də 308 xalla "Palmeyras", 301 xalla "Flamenqo" (hər ikisi Braziliya) və 280 xalla "Liverpul" (İngiltərə) qərarlaşıb.