
Azərbaycan Premyer Liqasının X turunda keçiriləcək "Kəpəz" - "Neftçi" oyununda topa ilk zərbəni Vətən müharibəsi vaxtı ermənilərin Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini itirmiş Hüseyn Əliyev endirəcək.
Sportnet.az-ın məlumatna görə, bu barədə Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov özünün feysbuk səhifəsində paylaşım edib.
Qeyd edək ki, oktyabrın 16-da Gəncə şəhər stadionunda keçiriləcək Azərbaycan derbisi saat 15:00-da başlayacaq.