İspaniya "Vilyarreal"ının yeni baş məşqçisi bəlli olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Kike Setyenə həvala edilib. 64 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
İspaniyalı baş məşqçi bu vəzifədə İngiltərənin "Aston Villa" komandasının sükanı arxasına keçən həmyerlisi Unay Emerini əvəzləyib.
Qeyd edək ki, Kike Setyen 2020-ci ildə "Barselona"dan ayrıldıqdan sonra işsiz idi.