UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Sportnet.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada Portuqaliya "Portu"sunun hücumçusu Mehdi Taremi layiq görülüb.
30 yaşlı iranlı forvard səsvermədə Portuqaliya "Benfika"sından Rafa Silvanı, Fransa PSJ-sindən Lionel Messini və İtaliya "Napoli"sindən Covanni Simeoneni geridə qoyub.
Qeyd edək ki, Mehdi Taremi Belçikada "Brügge"yə 4:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.