UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, bununla da 1/8 final mərhələsinin bütün iştirakçıları və Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan komandalar bəlli olub.
Son olaraq, E qrupunda İtaliyada Avstriya "Zaltsburq"unu 4:0 hesabı ilə darmadağın edən "Milan" adını növbəti raunda yazdırıb.
Beləliklə, İtaliyanın "Napoli", "Milan" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti", "Çelsi" və "Tottenhem", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund), "Ayntraxt" (Frankfurt) və "Leyptsiq", İspaniyanın "Real Madrid", Fransanın PSJ, Belçikanın "Brügge", Portuqaliyanın "Benfika" və "Portu" komandaları pley-offa yüksəliblər.
Niderlandın "Ayaks", Almaniyanın "Bayer", İspaniyanın "Barselona" və "Sevilya", Portuqaliyanın "Sportinq" Avstriyanın "Zaltsburq", Ukraynanın "Şaxtyor" (Donetsk) və İtaliyanın "Yuventus" kollektivləri isə mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcəklər.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu isə İngiltərədə "Çelsi"yə 1:2 hesabı ilə uduzaraq, E qrupunu sonuncu pillədə başa vurub və avrokuboklarla vidalaşıb. 25 yaşlı forvard 70-ci dəqiqədə meydana daxil olsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
----------------------------------------
UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində sonuncu - VI turun daha 2 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, F qrupuna təsadüf edən matçlarda "Real Madrid" İspaniyada Şotlandiya "Seltik"ini 5:1, Almaniya "Leyptsiq"i isə Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) komandasını 4:0 hesabı ilə darmadağın edib.
Bundesliqa təmsilçisi bu nəticə ilə "kral klubu"ndan sonra qrup 2-cisi kimi 1/8 finala adlayıb. Donetsk klubu yoluna Avropa Liqasının pley-offunda davam edəcək. "Seltik" isə qrupda qalaraq, avrokuboklarla vidalaşıb.
-----------------------------------------
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, VI turun son oyun günündə E, F, G və H qruplarının görüşləri keçiriləcək.
E qrupunda "Milan" İtaliyada Avstriya "Zaltsburq"unu sınağa çəkəcək. "Qırmızı-qaralar"a qrup 2-cisi olmaq üçün heç-heçə də kifayət edəcək. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası İngiltərədə 1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş "Çelsi"nin qonağı olacaq. Qrupdan çıxmaq şanslarını itirən Zaqreb təmsilçisi Avropa Liqasının pley-offuna düşmək üçün mütləq səfərdə qələbə qazanmalı, eyni zamanda "Zaltsburq"un "Milan"a uduzmasını gözləmilidir.
F qrupunda əsas diqqət Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) və Almaniyanın "Leyptsiq" komandaları arasında oynanılacaq görüşə yönələcək. Növbəti mərhəyə adlamaq üçün Bundesliqa təmsilçisini heç-heçə də qane edəcək. Donetsk klubu isə ÇL-də mübarizəni davam etdirmək üçün rəqini məğlub etməlidir. Əks halda "Dinamo" yoluna Avropa Liqasında davaç edəcək.
G qrupunda Almaniyanın "Borussiya" (Dortmund) klubu Danimarkada "Kopenhagen"lə, "Mançester Siti" isə İngiltərədə İspaniya "Sevilya"sı ilə qarşılaşacaq. Bu qrupda Mançester və Dortmund təmsilçiləri Çempionlar Liqasının, "Sevilya" isə Avropa Liqasının pley-offuna vəsiqəni təmin edib. Odur ki, bugünkü matçlar qrup qalibini müəyyənləşdirmək baxımından önəm daşıyır.
Nəhayət, D qrupunda isə növbəti mərhələyə çıxması dəqiqləşən komandalardan Fransa PSJ-si İtaliyada "Yuventus"u, Portuqaliya "Benfika"sı isə İsraildə Hayfa "Makkabi"si ilə üz-üzə gələcək. Bu görüşlərin nəticəsi həm qrup qalibinin, həm də Avropa Liqasına düşən kollektivin adına aydınlıq gətirəcək.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
2 noyabr
E qrupu
00:00. "Çelsi" (İngiltərə) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:1
Qollar: Rahim Sterlinq, 18. Denis Zakariya, 30 - Bruno Petkoviç, 7
00:00. "Milan" (İtaliya) - "Zaltsburq" (Avstriya) - 4:0
Qollar: Olivye Jiru, 14; 57. Rade Kruniç, 46. Junior Messias, 90+1
Xal durumu: "Çelsi" - 13, "Milan" - 10, "Zaltsburq" - 6, "Dinamo" - 4
F qrupu
21:45. "Real Madrid" (İspaniya) - "Seltik" (Şotlandiya) - 5:1
Qollar: Luka Modriç, 6 (penalti), Rodriqo, 21 (penalti), Marko Asensio, 51. Vinisius Junior, 61. Federiko Valverde, 71 - Jota, 84
21:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Leyptsiq" (Almaniya) - 0:4
Qollar: Kristofer Nkunku, 10. Andre Silva, 50. Dominik Soboslai, 62. Dani Olmo, 68
Xal durumu: "Real Madrid" - 13, "Leyptsiq" - 12, "Şaxtyor" - 6, "Seltik" - 2
G qrupu
00:00. "Kopenhagen" (Danimarka) - "Borussiya" (Dortmund, Almaniya) - 1:1
Qollar: Haukon-Arnar Haraldsson, 41 - Torqan Azar, 23
00:00. "Mançester Siti" (İngilttərə) - "Sevilya" (İspaniya) - 3:1
Qollar: Riko Luis, 52. Xulian Alvares, 73. Riyad Mahrez, 83 - Rafael Mir, 31
Xal durumu: "Mançester Siti" - 14, "Borussiya" - 9, "Sevilya" - 5, "Kopenhagen" - 3
H qrupu
00:00. "Yuventus" (İtaliya) - PSJ (Fransa) - 1:2
Qollar: Leonardo Bonuççi, 39 - Kilian Mbappe, 13. Nunu Mendeş, 69
00:00. "Makkabi" (Hayfa, İsrail) - "Benfika" (Portuqaliya) - 1:6
Qollar: Tyaronn Şeri, 26 (penalti) - Qonsalu Ramuş, 20. Petar Musa, 59. Alexandro Qrimaldo, 69. Rafa Silva, 73. Enrike Arauju, 88. Joau Mariu, 90+2
Xal durumu: "Benfika" - 14, PSJ - 14, "Yuventus" - 3, "Makkabi" - 3
Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti", "Çelsi" və "Tottenhem", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund) və "Ayntraxt" (Frankfurt), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Belçikanın "Brügge", Portuqaliyanın "Benfika" və "Portu" komandaları pley-offa vəsiqə qazanıblar.