
UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - VI turunun matçlarından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.
Sportnet.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İtaliya "Milan"ının hücumçusu Olivye Jiru layiq görülüb.
36 yaşlı fransalı forvard səsvermədə İspaniya "Real Madrid"indən Federiko Valverde, Almaniya "Leyptsiq"indən Kristofer Nkunku və İspaniya "Barselona"sından Ferran Torresi qabaqlayıb.
Qeyd edək ki, Olivye Jiru evdə Avstriya "Zaltsburq"una 4:0 hesabı ilə qalib gəldikləri görüşdə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.