Türkiyənin "Adana Demirspor" klubu Rusiya millisinin futbolçusu Artyom Dzyuba ilə yollarını ayırıb.
Sportnet.az "NTV Spor"a istinadən xəbər verir ki, 34 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, Artyom Dzyuba avqustda Adana təmsilçisi ilə 1+1 illik müqavilə imzalamışdı. Forvard komandanın heyətində meydana çıxdığı 5 qarşılaşmada 1 qolla yadda qalıb.