"Hər kəs millidə oynamaq arzusunda olmalıdır, çünki bu, müqəddəsdir. Qarşıdakı hər iki matçı maksimum peşəkarlıqla keçirməliyik. İnanıram ki, bunu edəcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu Şimali Makedoniya millisinin futbolçusu Setafan Ristovski Finlandiya və Azərbaycana qarşı keçirəcəkləri yoldaşlıq oyunlarından öncə mətbuat konfransında deyib.
Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən 30 yaşlı müdafiəçi bildirib ki, yığmanın formasını geyinən hər bir oyunçunun prioriteti qələbə qazanmaqdır: "Keçmiş nəticələrdən asılı olmayaraq, hər bir matç bizim üçün faydalıdır və belə görüşlər vasitəsilə özünə inam yaratmaq olar. Güvəni itirmək çox asandır, amma onu qazanmaq çətindir. Ona görə də bu matçlara ehtiyac var".
Qeyd edək ki, bu gün Finlandiyanı qəbul edəcək Şimali Makedoniya yığması noyabrın 20-də Azərbaycanla üz-üzə gələcək.