Avstriya millisinin sabiq hücumçusu Gerhard Rodaks özünü qatarın altına atıb.
Sportnet.az "Republika"ya xəbər verir ki, 57 yaşlı sabiq oyunçu aldığı xəsarətlərdən yerindəcə keçinib.
Hadisə çərşənbə günü səhər Avstriyanın Traiskirxen şəhəri yaxınlığında baş verib. İlkin məlumatlara görə, o, intihar edib.
Bildirilir ki, Rodaks son vaxtlar ağır xəstə idi və bu, onu belə bir addıma sövq edə bilər. Evli olan Rodaksın iki uşağı var.