"Qarabağ"ın futbolçusu Qara Qarayevin "Simurq"la Azərbaycan Kubokunun ilk yarımfinal matçından sonra Sportnet.az-a müsahibəsi
Sportnet.az həmin müsahibəni sizə təqdim edir:
- Oyun haqda nə deyə bilərsiniz?
- Oyun çox çətin keçdi. Şükürlər olsun, qələbə qazandıq. Səfər matçına üstünlüklə gedirik.
- Bu gün çox aqressiv idiniz...
- Ümumiyyətlə, belə tapşırılmışdı. Bacardığımız qədər aqressiv oynamalı idik.
- Aqressiv oynamaq tapşırılmışdı?
- Əlbəttə. Yəni, hər epizodda vərəqə almaq üçün yox, sadəcə, maksimum dərəcədə döyüşkən olmalı idik.
- Oyunda iki epizod oldu ki, "Qarabağ"ın bəxti gətirdi. Bununla bağlı nə deyə bilərsiniz?
- Topun dirəyə dəydiyi anı xüsusi qeyd etmək olar. Razıyam. Doğrudan da çox ağır oyun idi.
- Cavab qarşılaşması üçün istənilən nəticənı aldınız?
- Cavab görüşü çox gərgin keçəcək. Zaqatalada oynamaq bütün klublara çətinlik yaradıb.
- "Simurq"un müdafiəçilərinin əksəriyyəti ucaboy idi. Bu, sizə problem yaratmırdı?
- Problem yaradırdı, amma bacardığımız qədər qarşısını almağa çalışırdıq.
- İkinci hissənin ortalarında Hacı Əliyevlə əvəzləndiniz...
- Bu barədə çox danışmaq istəməzdim. Məşqçimizin fikiridir, burada elə də böyük problem yoxdur. Hər nə olur-olsun, bizim üçün fərq etməz. Baş məşqçimiz nə qərar verdisə, odur.