
17 və 19 yaşadək qadınlardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının 2022/2023-cü illər mövsümün ikinci mərhələsinin püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunlarında müvafiq yaş qrupundan ibarət Azərbaycan milli komandalarının mübarizə aparacaq qrupları müəyyənləşib.
17 yaşadək futbolçulardan ibarət yığma B Liqasında Bosniya və Herseqovina, Qazaxıstan və Monteneqro yığmaları ilə birlikdə 2-ci qrupda mübarizə aparacaq. Bu qrupun oyunları gələn ilin 22, 25, 28 mart tarixlərində Bosniya və Herseqovinada təşkil olunacaq.
B Liqasında çıxış edəcək U-19 isə üç komandalı 5-ci qrupda qərarlaşıb. U-19 A Liqasına vəsiqə qazanmaq uğrunda Slovakiya və Monteneqro yığmaları ilə mübarizə aparacaq.
Bu qrupun oyunları gələn ilin 5, 8, 11 aprel tarixlərində Slovakiyada keçiriləcək.