“Çelsi”nin futbolçusu Hakim Ziyeş Mərakeş millisinin heyətində xüsusi şərtlərlə çıxış edir.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi yığmada qazandığı pulu özünə götürmür.
O, əldə etdiyi gəliri ölkəsindəki yoxsul ailələrə verir. Ziyeş Niderlandda doğulmasına baxmayaraq, 2015-ci ildən Mərakeş millisinin formasını geyinir.
Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatında iştirak edən Mərakeş yığması 1/4 finala yüksəlib. Komanda dekabrın 10-da bu mərhələdə Portuqaliya ilə qarşılaşacaq.