Milli komandalarda ən çox oyun keçirən baş məşqçilərin adları müəyyənləşib.
Sportnet.az saytının məlumatına görə, Fransa yığmasının çalışdırıcısı Didye Deşam Qətərdə keçirilən dünya çempionatındakı matçlar sayəsində ilk “10-luğ”a düşə bilib.
2012-ci ildən “üçrənglilər”ə rəhbərlik edən mütəxəssis hazırda siyahının 10-cu pilləsində qərarlaşıb. Deşam dekabrın 18-də DÇ-2022-nin final qarşılaşmasında komandasını Argentina seçməsi üzərinə çıxarmaqla daha bir addım irəliləyəcək. Bu, 54 yaşlı məşqçinin millidə 139-cu görüşü olacaq. Bununla Deşam 9-cu sıradakı mərhum ingiltərəli Uolter Vinterbottoma çatacaq.
Cədvələ Lars Laqerbek başçılıq edir. İsveçli mütəxəssis karyerası ərzində üç fərqli millidə 228 oyuna çıxıb. İkinci pillədə Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts qərarlaşıb. 2008-2014-cü illərdə Azərbaycan millisinə rəhbərlik etmiş almaniyalı ümumilikdə 205 matçda iştirak edib.
Baş məşqçi |
Oyun sayı |
Komanda: müddət |
İlk oyun |
Son oyun |
Lars Laqerbek |
228 |
İsveç: 2000-2009 İslandiya: 2012-2016 Norveç: 2017-2020 |
31.01.2000 |
18.11.2020 |
Berti Foqts |
205 |
Almaniya: 1990-1998 Şotlandiya: 2002-2004 Azərbaycan: 2008-2014 |
29.08.1990 |
13.10.2014 |
Yoaxim Löv |
198 |
Almaniya: 2006-2021 |
16.08.2006 |
29.06.2021 |
Zepp Herberger |
167 |
Almaniya: 1936-1964 |
13.09.1936 |
07.06.1964 |
Morten Olsen |
166 |
Danimarka: 2000-2015 |
16.08.2000 |
17.11.2015 |
Fernandu Santuş |
158 |
Yunanıstan: 2010-2014 Portuqaliya: 2014-2022 |
11.08.2010 |
10.12.2022 |
Helmut Şön |
154 |
Saar: 1952-1956 Almaniya: 1964-1978 |
20.04.1952 |
21.06.1978 |
Zepp Piontek |
142 |
Danimarka: 1979-1990 Türkiyə: 1990-1993 |
29.08.1979 |
28.04.1993 |
Uolter Vinterbottom |
139 |
İngiltərə: 1946-1962 |
28.09.1946 |
21.11.1962 |
Didye Deşam |
138 |
Fransa: 2012-2022 |
15.08.2012 |
14.12.2022 |