
“Neftçi”nin futbolçusu Eddi İsrafilov zədələnib.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi “Zirə”yə qarşı keçirdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda sıradan çıxıb.
Azərbaycan millisinin üzvünün yerinə 55-ci dəqiqədə meydana Ömər Buludov daxil olub.
Qeyd edək ki, “Neftçi” hazırda 2:0 hesabı ilə öndədir.