 
Fransa millisi baş məşqçi Didiye Deşamla müqavilənin müddətini uzadıb.
Sportnet.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası rəsmi məlumat yayıb.
Bildirilib ki, 54 yaşlı mütəxəssislə növbəti sözləşmənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Fransa millisi Deşamın rəhbərliyi altında Qətərdə keçirilmiş dünya çempionatında ikinci yeri tutub.









 
                 




 
     
     
     
     
     
     
     
     
     
    






















































