
Fransanın PSJ klubu 12 ildən sonra ilk dəfə səfərdə "Marsel"ə məğlub olub.
Sportnet.az-ın məlumatına görə, Paris təmsilçisi ölkə kubokunun 1/8 final mərhələsində rəqibinə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Fransa çempionu son olaraq 2011-ci ilin noyabrında səfərdə Liqa 1 matçında bu kollektivə yenilib.
Komanda 2020-ci ilin sentyabrında evdə də eyni aqibəti yaşayıb.