Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor"una keçir.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, 26 yaşlı hücumçu Superliqa təmsilçisi ilə anlaşıb. O, cari mövsümün sonunadək icarə əsasında Konya klubunda çıxış edəcək. Türkiyə klubu yayda forvardı birdəfəlik transfer edə bilər.
Keçidin qarşıdakı günlərdə açıqlanacağı bildirilib.
Qeyd edək ki, Mahir Emreli ötən ilin yanvarından "Dinamo"da çıxış edir. O, cari mövsüm Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 13 matçda 3 qol vurub.