Fransanın PSJ klubunun futbolçusu Neymar 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Sportnet.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, buna 31 yaşlı hücumçunun "Lill"ə 4:3 hesabı ilə qalib gəldikləri Liqa 1-in XXIV oyununda zədələnməsi səbəb olub.
İlkin müayinə zamanı braziliyalı forvardın sağ topuq oynağının bağlarının qismən qopması müəyyən edilib.
Beləliklə, Neymar martın 8-də Almaniyada "Bavariya"ya qarşı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında da iştirak etməyəcək.
Qeyd edək ki, Fransadakı ilk qarşılaşmada Münhen təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.