Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son iki oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, İspaniya "Real Madrid"i İngiltərədə 5:2 hesabı ilə qalib gəldiyi "Liverpul"u qəbul edib. Madrid təmsilçisi cavab oyununda da rəqibini məğlub etməyi bacarıb - 1:0.
Gecənin digər matçında isə "Napoli" İtaliyada Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasını sınağa çəkib. İlk oyunda səfərdə qalib gəlməyi bacaran Neapol təmsilçisi cavab matçında da 3:0 hesablı qələbə qazanıb.
UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
15 mart
00:00. "Real Madrid" (İspaniya) - "Liverpul" (İngiltərə) 1:0
Qol: Benzema, 79
Baş hakim: Feliks Tsvayer (Almaniya)
İlk oyun - 5:2
Madrid, "Santyaqo Bernabeu" stadionu
00:00. "Napoli" (İtaliya) - "Ayntraxt" Frankfurt (Almaniya) 3:0
Qol: Osimhen, 45+2, 53, Zielinski, 64-pen.
Baş hakim: Entoni Teylor (İngiltərə)
İlk oyun - 2:0
Neapol, "Dieqo Armando Maradona" stadionu
Qeyd edək ki, daha əvvəl Almaniyanın "Bavariya", Portuqaliyanın "Benfika", İngiltərənin "Çelsi" və "Mançester Siti", həmçinin İtaliyanın "Milan" və "İnter" komandaları 1/4 finala vəsiqə qazanıblar.