AVRO-2024-ün seçmə mərhələ oyununda Azərbaycan millisini qəbul edəcək Avstriya yığmasının heyətində dəyişiklik olub.
Sportnet.az-ın məlumatına görə, "Lask" klubunun qapıçısı Aleksander Şlager zədə səbəbindən komandadan kənarlaşdırılıb. Onu Almaniya "Bayer"indəki həmkarı Patrik Pents əvəzləyib.
Qeyd edək ki, Avstriya seçməsi martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisi ilə Lints şəhərində qarşılaşacaq.