İspaniyanın "Sevilya" klubu baş məşqçisi Xorxe Sampaolini istefaya göndərəcək.
Sportnet.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Buna səbəb komandanın bu mövsüm uğursuz çıxış etməsidir.
"Sevilya" İspaniya çempionatında 26 turdan sonra 28 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, Xorxe Sampaoli ötən ilin oktyabr ayında Əndəlus təmsilçisinin baş məşqçisi təyin olunmuşdu.