Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Albaniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Millinin yeganə qolunu 46-cı dəqiqədə Camal Cəfərov vurub. U-21 növbəti yoldaşlıq oyununu martın 26-da Sloveniyaya qarşı keçirəcək.