AVRO-2024-ün seçmə mərhələsinin daha 4 qrupunda mübarizəyə start verilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçı G qrupunda Bolqarıstan və Monteneqro arasında keçirilib. Azərbaycanlı FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.
Azərbaycan millisnin yer aldığı F qrupunda hər iki görüş böyük hesabla yekunlaşıb. Azərbaycan millisi səfərdə Avstriya yığmasına yenilibsə, İsveç yığması evdə Belçikaya uduzub. Bu qarşılaşmada hər 3 qolu Romelu Likaku vurub.
Gecənin mərkəzi görüşündə isə son dünya çempionatının finalçısı Fransa millisi Niderlandı 4 cavabsız qolla darmadağın edib. Toplardan ikisini Kilian Mbappe vurub.
AVRO-2024, seçmə mərhələ
I tur
24 mart
B qrupu
23:45. Cəbəllütariq – Yunanıstan - 0:3
Qollar: Yorqos Masuras, 11. Manolis Siopis, 45. Anastasios Bakasetas, 58
23:45. Fransa - Niderland - 4:0
Qollar: Antuan Qrizmann, 2. Dayo Upamekano, 8. Kilian Mbappe, 21; 88
E qrupu
23:45. Moldova – Farer adaları - 1:1
Qollar: İon Nikolaesku, 87 (pen.) - Mads Mikkelsen, 27
23:45. Çexiya - Polşa - 3:1
Qollar: Ladislav Kreyçi, 1. Tomaş Çvançara, 3. Yan Kuxta, 64 - Damian Şimanski, 87
F qrupu
23:45. Avstriya – Azərbaycan - 4:1
Qollar: Marsel Zabitser, 28. Mixael Qreqoriç, 29. Kristof Baumqartner, 69 - Emin Mahmudov, 64
23:45. İsveç - Belçika - 0:3
Qollar: Romelu Lukaku, 35; 49; 83
G qrupu
21:00. Bolqarıstan - Monteneqro - 0:1
Qol: Nikola Krstoviç, 70
23:45. Serbiya - Litva - 2:0
Qollar: Duşan Tadiç, 16. Duşan Vlahoviç, 53