
“Zirə”nin futbolçusu Afrika Millətlər Kuboku seçmə mərhələsində çıxış edib.
Sportnet.az-ın məlumatına görə, Toni Qomes Qvineya-Bisau yığmasının heyətində meydana çıxıb. Hücumçu Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində öllkəsinin səfərdə Nigeriyanı 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmanın 46-cı dəqiqəsində oyuna daxil olub.
Komandanın Nigerli üzvü İssa Cibriella isə Afrika Millətlər Kubokunun seçmə oyununda yığmasının səfərdə Əlcəzairə 1:2 hesabı ilə məğlub olduğu oyunda ehtiyatda qalıb.