
Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışının son oyununda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Sportnet.az xəbər verir ki, görüş millinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 27-ci dəqiqədə Samir Abdullayev və 90-cı dəqiqədə Murad Vəliyev vurub.