
Avro-2024-ün seçmə mərhələsinin ilk turunda Avstriya ilə matçda zədələnən millimizin və "Neftçi"nin futbolçusu Eddi İsrafilov tibbi müayinədən keçib.
Sportnet.az xəbər verir ki, bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib:
“Maqnit Rezonans Tomoqrafiya müayinəsindən sonra Eddi İsrafilovun sağ dizinin medial bağında birinci dərəcəli gərilmə var. Müalicəyə başlamışıq. Planlaşdırırıq ki, 10-14 günlük müalicə və fərdi hərəkətlərdən sonra komanda ilə məşqlərə başlaya biləcək”.