Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messiyə xüsusi mükafat təqdim olunub.
Sportnet.az xəbər verir ki, bu barədə "TyC Sport" məlumat yayıb. 35 yaşlı hücumçuya Libertadores kubokunun şərəfinə Cənubi Amerika üzrə ən yaxşı oyunçu - "Futbolunn əsası" mükafatı verilib. Forvarda onu CONMEBOL-un prezidenti Alehandro Dominqes təqdim edib.
Həmçinin mərasim zamanı Messi özünün şərəfinə qurulan heykəllə də tanış olub.
Qeyd edək ki, Messi ötən il Argentina millisi ilə DÇ-2022-nin qalibi olub. O, turnirin ən yaxşı futbolçusu seçilib.