Joze Mourinyo daha bir mövsüm "Roma"da qalacaq.
Sportnet.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis beynəlxalq fasilə zamanı digər ölkələrin klublarının ona marağına baxmayaraq, 2024-cü ilin iyununa qədər İtaliya klubunda qalmağa qərar verib.
Qeyd edək ki, Mourinyo 2021-ci ilin yayından "Roma"nı çalışdırır. Onun klubla müqaviləsi 2024-cü ilin iyununda başa çatır.