
İsveç millisinin futbolçusu Antoni Elanqa Avro-2024-ün seçmə mərhələsində Azərbaycana 5:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Sportnet.az xəbər verir ki, "Mançester Yunayted"in hücumçusu sözügedən görüşdə 87-ci dəqiqədə meydan daxil olub və 2 dəqiqə sonra komandasının 5-ci qolunu vurub.
20 yaşlı oyunçu jurnalistlərə açıqlamasında deyib: “Qol vurmaq həmişə xoşdur. Özümü yaxşı hiss edirəm. Üç-dörd dəqiqə meydanda olsam da, nəyə qadir olduğumu göstərmək istədim. Daha iki qol vura bilərdim"