
"Qalatasaray"ın prezidenti Dursun Özbek "Qarabağ"la oyun haqda danışıb.
Sportnet.az xəbər verir ki, Özbek Azərbaycanın 80 faizinin "Qalatasaray"lılardan ibarət olduğunu iddia edib.
Onun sözlərinə görə, 65 minlik Bakı Olimpiya Stadionundakı qarşılaşmanı 62 min 500 tamaşaçı izləyib: "Onların əksəriyyəti "Qalatasaray"a azarkeşlik edirdi. Cənab Prezident İlham Əliyevin və xanımının matçda iştirak etməsi oyuna ayrıca gözəllik bəxş etdi. Özü ilə görüşmək fürsətim də oldu".
Qeyd edək ki, matç "Qalatasaray"ın qələbəsi ilə başa çatıb - 2:1.