Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Şamaxı şəhər stadionunda eyniadlı komanda "Qarabağ"ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 33-cü dəqiqədə Elvin Cəfərquliyev vurub. 66-cı dəqiqədə Rahil Məmmədov da fərqlənib, lakin bu qol ofsayda görə sayılmayıb.
Beləliklə, "Qarabağ" xalını 74-ə çatdıraraq, vahid liderliyini davam etdirib. "Şamaxı" isə 20 xalla 9-cu pilləqə qalıb.
Tura Bakıda yekun vurulacaq. "Sabah" avrokuboklara iddialı "Qəbələ"ni qəbul edəcək. Paytaxt təmsilçisi 62 xalla 2-ci, qonaqlar 36 xalla 5-ci sıradadır.
Azərbaycan Premyer Liqası, XXVIII tur
2 aprel (bazar)
15:30. “Şamaxı” – “Qarabağ” - 0:1
Qollar: Elvin Cəfərquliyev, 33
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Şamaxı şəhər stadionu
18:00. “Sabah”– “Qəbələ” - 3:2 (İKİNCİ HİSSƏ)
Qollar: İlkin Qırmıtov (ö.q), 9 - Ülvi İsgəndərov 21, Fares 27
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Yavər Rəhimov
“Bank Respublika Arena”
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Turan Tovuz"u 3:2, "Kəpəz" "Səbail"i 1:0 hesabı ilə məğlub edib. "Zirə" - "Neftçi" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.