“Bir neçə dəfədir ki, ilk hissəni bu stadionda belə keçirmişik. "Mançester Siti" həmişə topa daha çox sahibdir, amma yaxşı qaçışlarımız oldu. Sakit oynadıq və onlara problem yaratdıq. Əla qol vurduq, daha bir qol şansımız oldu, amma sonda qol buraxdıq. Bu, uğursuzluq idi. Fasilədən sonra buraxdığımız iki sürətli qol hər şeyi dəyişdirdi".
Sportnet.az xəbər verir ki, bu sözləri İngiltərə "Liverpul"unun baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının XXIX turunda "Mançester Siti"yə 1:4 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.
"Buraxdığımız və vura bilmədiyimiz qolları düşünmək çətindir. Heç birində mübarizə aparmadıq. Düzü,, bu qəbuledilməzdir. Qollardan sonra "Siti" vəziyyətə tam nəzarət edirdi. Yaxşı ki, bu iki qoldan sonra yalnız bir qol vuruldu. Daha çox qol vurmadığı üçün rəqibə təşəkkür edirəm. Hesab başqa cür də ola bilərdi. Dörd futbolçu normal oyun keçirdi. Qalanların harada olduğunu bilmirəm" -deyə o bildirib.