"Çox vacib qələbə idi. Burada meydança və dəniz səviyyəsindən yüksəkdə olduğu üçün oynamaq asan deyil. Bunlar ikinci hissədə hiss olundu. Futbolçular çox əziyyət çəkərək, 3 xal qazandılar".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XXVIII tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
52 yaşlı mütəxəssis rəqib barədə xoş təəssüratlarının olduğunu bildirib. O, yorğunluqla əlaqədar Azərbaycan milli komandasının bir çox üzvünə istirahət verdiyini söyləyib.
Qurbanov uduzmadan çempionluq yox, elə çempionluq istəklərinin olduğunu vurğulayıb: "Hələ məğlubiyyət haqqında düşünmürük. Amma işimizi buna görə qurmuruq. Əlbəttə, uduzmadan çempionluq da yaxşı olardı".