"Rəqibin adı bizə bəllidir. Çox güclü komandadır".
Sportnet.az xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XXVIII tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
Gənc mütəxəssis son 3 oyunu qolsuz keçirmələrini mental və fiziki cəhətdən çətinliklərlə əlaqələndirib. O, məşqlərdə əzmkarlıq göstərərək, Premyer Liqada qalmağa çalışacaqlarını söyləyib.
Əsgərli ani diqqətsizliyin məğlubiyyətlə nəticələndiyini diqqətə çatdırıb: "Öz oyunumuza baxası olsaq, bu pillədə olmamalıyıq. Amma futbolda belə şeylər də olur. İki-üçqat əzmkarlıqla bu durumdan çıxmağa çalışacağıq".