
2 gün əvvəl Xose Roxo Martinini istefaya göndərən "Valyadolid"in (İspaniya) yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Komandaya Paulo Pezzolano baş məşqçilik edəcək. Onunla 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, "Valyadolid" hazırda La Liqanın turnir cədvəlində 28 xalla 16-cıdır. Klubun səhmlərinin böyük hissəsi braziliyalı keçmiş futbolçu Ronaldoya məxsusdur.