"Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 28-ci turunda "Vilyarreal"a uduzmaqları (3:2) barədə danışıb.
Sportnet.az xəbər verir ki, o, rəqibi tərifləyib: “Matç çətin keçdi, topu özümüzə qaytarmaq bizim üçün çətin oldu. Çünki rəqib topla yaxşı davranır.
Qol vurmaq imkanlarımız oldu, 3-1 öndə olub oyunun tempini aşağı sala bildik, amma alınmadı. Üstəlik, yaxşı müdafiə oluna bilmədik. Bunu daha yaxşı etmək olardı. Düzünü desəm, hazırda 100 faiz motivasiyalı olmaq çətindir.
Əgər 100 faiz motivasiyalı deyilsənsə, o zaman rəqibdən üstün olmalısan, amma biz mütəşəkkil deyildik. Son matçlardan fərqli olaraq, şanslarımızdan istifadə etmədik.
Çətin olacağını bilirdik, lakin çərşənbə günü "Çelsi"yə qarşı oyun tam fərqli olacaq. Bu gün mühərrikimiz bir qədər zəif işlədi, lakin çərşənbə günü tam gücü ilə işləyəcək. “Barselona” ilə oyundan sonra çox yorğun olduğumuz üçün rotasiyalar qaçılmaz idi”.
Qeyd edək ki, "Real" aprelin 12-də Çempionlar Liqasının 1/4 finalında "Çelsi" ilə qarşılaşacaq.