
Misli Premyer Liqasında XXIX turun "Turan Tovuz" - "Şamaxı" oyununun nəticəsi yerli azarkeşlərin etirazı ilə qarşılanıb.
Sportnet.az-ın məlumatına görə, matçın sonlarına doğru tovuzlu fanatlar "istefa" şüarları səsləndiriblər. Onların belə şüarlarının baş məşqçi Ayxan Abbasova yönəldiyi dehtimal edilir.
Final fitindən sonra isə etirazlar uğultu ilə də müşayiət olunub.
Qeyd edək ki, matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bununla da "Turan Tovuz" qələbəsiz oyunlar seriyasını 6-ya çatdırıb. Sonuncu qələbə XXIII turun fevralın 19-da keçirilmiş "Sabah"la səfər qarşılaşmasında əldə olunub - 2:0. Hazırda "Turan Tovuz" 29 xalla 6-cı yerdə gedir.