
"Oyunun belə keçəcəyi əvvəldən bilinirdi. Son oyunlar da bu cür şəraitdə keçəcək".
Sportnet.az-ın məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli səfərdə "Turan Tovuz"la 1:1 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının XXIX tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
Gənc mütəxəssis gərgin mübarizədə 1 xal qazandıqlarını vurğulayıb: "Buna görə də futbolçularımı təbrik edirəm. Biz sırf öz oyunumuza baxırıq. Məşqlərdə və oyunlarda əzmkarlıq göstərərək, bütün matçlara final kimi yanaşacağıq. 1 xalın əhəmiyyəti bizim üçün yüksəkdir. Çünki rəqib zəif deyildi".