"Barselona"nın futbolçusu Ansu Fati komandadan ayrıla bilər.
Sportnet.az AS nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi Ansunun atasının bu yaxınlarda verdiyi müsahibədən narazıdır.
Xəbərdə qeyd olunur ki, klubdan 20 yaşlı Fatinin agenti Xorxe Mendeşə ən azı 40 milyon avro təzminatla futbolçunu satmağa razı olduqları bildirilib.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan futboçu 9 yaşından Kataloniya klubundadır. Hücumçu bu mövsüm ümumilikdə 40 oyunda 7 qol vurub və 3 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi hesablanıb.