
Oyun çox maraqlı keçdi, hər 2 komandaya xal çox vacib idi. Bizim üçün bu yox, qalan hər oyun çox vacibdi. Buraya xal qazanmağa gəlmişdik. 1-ci hissə rəqibə şans buraxmadıq. Bu gün “Zirə” ən yaxşı oyununu oynadı. Buraxılan 1 qol komandanı sındırdı. 4 hücumçuya keçərək oyunu qaytarmağa çalışdık, alınmadı. Komandamın oyunundan razıyam. “Zirə”ni yaxşı oyuna görə təbrik edirəm. Yolumuzu davam etdirəciyik. Hər bir oyunu axrıncı oyunumuz kimi oynuyacıyıq.
Sportnet.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının XXX turunda “Zirə”yə 3:0 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransıda deyib.
17 gündə 5 oyun, demək olar ki, 3 gündən 1 oyun. Bu oyunların mahiyyəti çoxdur. Qabaqda 3 güclü klubla oyunumuz var. 3 gündən 1 oynamaq çox çətindir, ancaq bizdə rotasiya etmək üşün kifayət qədər futbolçu var. Çalışacayıq rotasiya hesabına uğur qazanaq. Həm kuboka həm də liqaya məhsuliyyətli yanaşacayıq.
Bu cür oyunlarda xırda hakim səhvlərinin böyük nəticələri olur. Hakim qərarlarından narazı qaldım.
“Zirə” bu gün gözlədiyimizdən daha yaxşı oynadı. Hesab 2:0 olarkən, qol vursaydıq, oyunu çevirə bilərdik.
Futbol xəyanəti sevmir, ona görə də, mən heçvaxt futbola xəyanət etmərəm. Mənə 2 seçim versələr, kubok qalibi olmaq yox, Premyer Liqada qalmağı seçərəm.
Heç bir komandanın aşağı diviziona düşməsini istəmirəm.