UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki cavab görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, İngiltərədə "Çelsi" turnirin son qalibi İspaniya "Real Madrid"ini qəbul edib. Londondakı "Stemford Bric" stadionunda təşkil olunmuş oyunda qonaqlar qalib gəlib - 2:0. Hər iki qolun müəllifi Rodriqo olub.
Beləliklə, ilk matçda da eyni hesabla qalib gəlmiş "Real Madrid" adını yarımfinala yazdırıb.
Günün digər görüşündə İtaliya təmsilçiləri "Napoli" ilə "Milan" üz-üzə gəlib. Neapol şəhərindəki "Dieqo Armando Maradona" stadionunda oynanılmış qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1. İlk topu 43-cü dəqiqədə qonaq komandadan Olive Jiru vurub. 81-ci dəqiqədə "Napoli"nin ulduzu Xviça Kvaratsxeliya penaltidən yararlana bilməyib. 90+3-cü dəqiqədə Viktor Osimhen bərabərlik qolunu vursa da, bu, növbəti mərhələ üçün yetərli olmayıb. "Milan" isə 16 ildən sonra ilk dəfə Çempionlar Liqasında yarımfinala yüksəlib.
UEFA Çempionlar Liqası
1/4 final, cavab görüşləri
23:00. "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 0:2
Qollar: Rodriqo, 58; 80
Baş hakim: Daniele Orsato (İtaliya)
London, "Stemford Bric" stadionu
İlk oyun - 0:2
23:00. "Napoli" (İtaliya) - "Milan" (İtaliya) - 1:1
Qollar: Viktor Osimhen, 90+3 - Olivye Jiru, 43
İstifadə olunmamış penalti: Xviça Kvaratsxeliya, 82 ("Napoli")
Baş hakim: Şimon Marçinyak (Polşa)
Neapol, "Dieqo Armando Maradona" stadionu
İlk oyun - 0:1
Qeyd edək ki, daha iki cavab görüşü aprelin 19-da olacaq. Həmin gün "Bavariya" Almaniyada İngiltərənin "Mançester Siti", "İnter" isə İtaliyada Portuqaliyanın "Bemfika" komandasını qəbul edəcək. "Real Madrid" və "Milan" müvafiq olaraq, bu cütlərin qalibləri ilə yarımfinalda üz-üzə gələcək.